Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlanıb

Astarada torpaq sürüşməsi nəticəsində yollardan biri qismən bağlanıb
# 18 noyabr 2017 19:05 (UTC +04:00)

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib. Yolun ensiz və yağışlar səbəbindən sürüşkən olması sürücülər üçün təhlükə yaradır. Əlverişsiz hava şəraiti səbəbindən ərazidə təmizlik işləri müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR