Azərbaycanda narkotik vasitələrin tibbi  məqsədlərlə  istifadə  edilməsi qaydası  dəyişib

Azərbaycanda narkotik vasitələrin tibbi  məqsədlərlə  istifadə  edilməsi qaydası  dəyişib
# 08 mart 2015 21:12 (UTC +04:00)

Baki. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, indiyə qədər cinayət törətmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilərdi.

Məcburi müalicə yalnız məhkəmənin qərarı əsasında tətbiq edilə bilərdi. Eyni zamanda narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda, narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda məcburi müalicədən vaxtından əvvəl azad edilə bilərdilər. Dəyişikliyə əsasən bundan sonra şərtlər qəti olacaq. Cinayət törətmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq ediləcək. Məcburi müalicə yalnız narkomanlıq xəstəliyinə düçar olmuş xəstə hesab edilən şəxsə tətbiq ediləcək. Məcburi müalicə yalnız məhkəmənin qərarı əsasında tətbiq ediləcək. Eyni zamanda narkoloji-tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər narkoloji-tibb müəssisəsində qalmasına maneçilik törədən ağır xəstəliyə düçar olduqda, narkomanlıq xəstəliyinə görə müalicənin başlanması vaxtından azı 6 ay keçdikdən sonra müalicənin davam etdirilməsinə olan zərurət aradan qalxdıqda məcburi müalicədən vaxtından əvvəl azad ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR