Bakıda üç qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO

Bakıda üç qəsəbəni birləşdirən avtomobil yolu yenidən qurulur - VİDEO
# 21 fevral 2019 17:06 (UTC +04:00)

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ilə Suraxanı rayonunun Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən 5.1 km-lik avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən məlumata görə, layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, qabarmış və dağılmış hissələr qazılaraq çıxarılır, zəruri ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi işləri görülür, bunun üçün yol kənarında olan səki daşları sökülür, daha sonra əks-dolğu aparılaraq kipləşdirmə işləri aparılır.

Bunun ardınca tikinti norma və qaydalarına əsasən asfaltlanma işlərinə başlanacaq. Sabunçu və Suraxanı rayonlarını birləşdirən avtomobil yoluna iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.

Vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsi hərəkətini təmin etmək məqsədilə mövcud piyada 5200 kv. m sahədə bərpa olunur, yol boyu köhnə səki daşları yenisi ilə əvəz edilir. Ümumilkdə isə təmir-tikinti işləri çərçivəsində yol boyu 60 min kv. m-ə yaxın sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır.

Tikinti norma və standartlarına uyğun olaraq təmir-tikinti işlərinin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə isə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR