Sürətli yollarda hərəkət qaydalarını pozan piyadalar üçün cərimələr 2 dəfə artırılıb

Sürətli yollarda hərəkət qaydalarını pozan piyadalar üçün cərimələr 2 dəfə artırılıb
# 17 iyul 2018 10:42 (UTC +04:00)

Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyadanın yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçməsinə görə 40 manat məbləğində cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Bu hal istisna olmaqla, yəni hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə yenə 20 manat məbləğində cərimə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR