Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilib

Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilib
# 02 oktyabr 2017 14:17 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, təklif edilən dəyişikliklər əsasən qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndi ilə bağlıdır.

Layihəyə əsasən, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır” bəndi ləğv edilir. Bunun əvəzinə, göstərilən müddət qüvvədə qalmaqla, qeydiyyatı yalnız şəxsin xidmət etdiyi qurumun aparması təklif olunur.

Bildirilib ki, Azərbaycanın Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malikdir və burada xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyatın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılması yolverilməz sayıldığı üçün bu təklif irəli sürülüb. Yəni həmin şəxslərin vəzifələrini itirdikdən sonra belə məlumat daşıyıcısı olmalarını nəzərə alaraq, onların qeydiyyatı məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq. Bununla həmin şəxslərin məxfiliyi qorunub saxlanacaq. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR