AVRO-2017: Voleybolçularımızın 1/4 finalda rəqibi məlum olub

AVRO-2017: Voleybolçularımızın 1/4 finalda rəqibi məlum olub
# 27 sentyabr 2017 21:54 (UTC +04:00)

Bakıda qadın voleybolçular arasında keçirilən Avropa çempionatında bu gün pley-off mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında baş tutan 2 qarşılaşmadan sonra 1/4 final cütlərinin hamısı bəlli olub.

Günün ilk qarşılaşmasında Polşa Türkiyə ilə qarşılaşıb. Qrup mərhələsində gözlənilən oyunu nümayiş etdirə bilməyən komandaların duelinin gərgin alınacağı proqnozlaşdırılsa da, “ay-ulduzlular” qələbə üçün çox da çətinlik çəkməyib. Cütün qalibi olan Türkiyə Rusiya ilə oynayacaq.

Digər pley-off matçında Bolqarıstan Almaniya ilə üz-üzə gəlib. Gərgin keçən oyunda Almaniya qalib gəlib - 3:2. Bundestim qrup mərhələsindən sonra 1/4 finalda yenidən Azərbaycan yığmasına rəqib olacaq.

Avro-2017

Pley-off mərhələsi

27 sentyabr

Polşa – Türkiyə - 1:3 (22:25, 25:27, 25:18, 23:25)

Bolqarıstan - Almaniya - 2:3 (25:14, 20:25, 25:16, 19:25, 11:15)

Qeyd edək ki, 1/4 final mərhələsində İtaliyanın Hollandiya, Serbiyanın Belarusla oynayacağı dəqiqləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR