İdmanda dopinqlə mübarizə haqqında qanun layihəsi Milli Məclisə tövsiyə olunub

İdmanda dopinqlə mübarizə haqqında qanun layihəsi Milli Məclisə tövsiyə olunub
# 25 noyabr 2016 11:01 (UTC +04:00)

Milli Məclisin Gənclər və idman komitəsinin iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Fuad Muradov bildirib ki, qanun layihəsində Milli Antidopinq Agentliyinin tövsiyəsi ilə müstəqil komitələrin yaradılması nəzərdə tutulub. Bunlar Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsidir. Komitələr müstəqil olacaq. Terapevtik istifadəyə icazə komitəsi bu sahədə nəzərdə tutulmuş beynəlxalq standartlara uyğun olaraq, terapevtik istifadə üçün müraciəti qiymətləndirir və yekun qərar qəbul edir. Bu qərar MADA-nın yekun qərarı hesab olunur. İntizam komitəsi isə antidopinq qayda pozuntularına görə tətbiq edilən sanksiyaları müəyyənləşdirmək səlahiyyətinə malikdir.

Komitə sədri qeyd edib ki, agentliyin tərkibində Müşahidə Şurasının yaradılması da nəzərdə tutulub: “Müşahidə Şurası Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyəti orqanlarının və məhkəmə hakimiyyətinin nümayəndələrindən ibarət olacaq”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR