“Bank VTB (Azərbaycan)” qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya alıb

“Bank VTB (Azərbaycan)” qiymətli metallarla əməliyyat aparılması üçün lisenziya alıb
# 16 mart 2015 14:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bank və Maliyyə Nazirliyi qiymətli metallarla əməliyyat aparılması üçün “Bank VTB (Azərbaycan)”a lisenziya verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, lisenziya əsasında bank qiymətli metalların cəlb edilməsi və yerləşdirilməsi, eləcə də alqı-satqısı üzrə əməliyyatları həyata keçirə biləcək. Belə ki, “Bank VTB (Azərbaycan)”ın müştəriləri metal hesabların, qiymətli metallarda əmanətlərin açılması xidmətindən istifadə etmək imkanı əldə edəcək.

Bank qiymətli kağızlarla girovlu kredit məhsulu təqdim etmək, eləcə də külçə, xatirə və investisiya sikkələrinin alqı-satqısını reallaşdırmaq niyyətindədir.

“Bank VTB (Azərbaycan)” hər zaman müştərilərinə keyfiyyətli bank xidmətləri göstərməyə çalışır. Yaxın aylarda bank qiymətli metallarla bir sıra yeni məhsullar təklif etməyi planlaşdırır. Məlumdur ki, qiymətli metallar çox sərfəli sərmayə hesab olunur. Bu əmanətlərin qorunması və artırılmasının ən etibarlı üsuludur. Qiymətli metallarla əməliyyatlar müştərilərə vəsaitlərini mümkün risklərdən qorumağa imkan verir”, - deyə, bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR