SOCAR: Karbamid zavodunun ixrac etdiyi məhsullardan ildə 150 mln. dollar gəlir əldə olunacaq

SOCAR: Karbamid zavodunun ixrac etdiyi məhsullardan ildə 150 mln. dollar gəlir əldə olunacaq
# 16 noyabr 2017 11:05 (UTC +04:00)

"SOCAR Karbamid zavodunun ixrac etdiyi məhsullardan ildə 150 mln. dollar gəlir əldə edəcək".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, 2011-ci ildə təməli qoyulan SOCAR Karbamid zavodunda tikinti işlərinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.

"Ümumi investisiya dəyəri 750 milyon avro olacaq zavoda istehsal ediləcək məhsulların daxili bazarın təminatı ilə yanaşı, Türkiyə, Gürcüstan, Aralıq dənizi ölkələrinə ixrac etməyi nəzərdə tuturuq", - deyə R. Abdullayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR