26 yaşlı Zaqatala sakini dəm qazından zəhərlənib

26 yaşlı Zaqatala sakini dəm qazından zəhərlənib
# 16 mart 2015 06:35 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayon sakini dəm qazından zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1989-cu il təvəllüdlü Zülfiyyə Mamed qızı Məmmədova zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, Z/ Məmmədova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Zülfiyyə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR