Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınacaq deputatlığa namizədlərin yekun sayının məlum olacağı müddət müəyyənləşib

Milli Məclisə seçkilərlə əlaqədar qeydə alınacaq deputatlığa namizədlərin yekun sayının məlum olacağı müddət müəyyənləşib
# 03 sentyabr 2015 13:04 (UTC +04:00)

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin tələblərinə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı oktyabrın 12-dək dövrü nəşrlərdə dərc ediləcək.

Bu dövrü nəşrlərə ictimai teleradio təşkilatları, redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və dövlət büdcəsindən maliyyələşdirilən dövrü nəşrlər daxildir.

Qeyd edək ki, deputatlığa namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR