Bakı Forumunda "İnternetin üstünlükləri və yaratdığı çətinliklər" adlı panel keçirilib

Bakı Forumunda "İnternetin üstünlükləri və yaratdığı çətinliklər" adlı panel keçirilib
# 16 mart 2018 18:22 (UTC +04:00)

VI Qlobal Bakı Forumu çərçivəsində "İnternetin üstünlükləri və yaratdığı çətinliklər" adlı panel keçirilib.

APA-nın xəbərinə görə, paneldə çıxış edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru İsmayıl Serageldin forumun əhəmiyyətindən danışıb və burada müsbət danışıqlar aparıldığını qeyd edib.

“Forum ölkələr arasında mədəni əlaqələrin qurulmasına şərait yaradır, həm də bura toplaşmış insanlar bir-birini tanımaq, tarix və mədəniyyəti haqqında geniş məlumat əldə etmək imkanı qazanırlar. Baxmayaraq ki, bu forum 6-cı dəfədir keçirilir, hər il öz yenilikləri ilə yadda qalır. Bu dəfəki yeniliklər isə iştirakçı sayının daha çox olması idi", deyə İsmayıl Serageldin bildirib.

"Google"un vitse-prezidenti Vinton Serfin, öz növbəsində bildirib ki , Azərbaycanın göstərdiyi bu təşəbbüs bir növ dünyada sülh nümunəsidir: "Bir çox ölkələrdə hazırda siyasi cəhətdən vəziyyət heç də normal deyil. Biz bura toplaşmaqla bütün dünyaya göstərmək istəyirik ki, dünyəvi ölkələr bir-biri ilə mübarizə aparmaq əvəzinə, mədəni əlaqələri inkişaf etdirməlidir”.

Paneldə hazırda internetin yayılması və mənfi-müsbət tərəfləri haqqında söz açılıb. Həmçinin kibertəhlükəsizliyin bu gün dünyanın gündəliyində duran mühüm problemlərdən biri olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR