“NBC Bank” ilin I yarısında aktivlərini artırıb

“NBC Bank” ilin I yarısında aktivlərini artırıb
# 03 sentyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “NBC Bank”ın aktivlərinin həcmi 2015-ci ilin II rübündə 147,526 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,8% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 5,36% artaraq 122,929 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 12,08% artaraq 7,501 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 6,1%-ə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 10,51% artaraq 64,096 mln. manata çatıb.

Bir il ərzində bankın məcmu kapitalı 24% artaraq 47,778 mln. manata çatdığı halda, nizamnamə kapitalı 27,37% artaraq 46 mln. 536 min 120 manat təşkil edib.

Cari ilin II rübünü “NBC Bank” 2 mln. 351 min 900 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR