İşgəncə verməkdə təqsirləndirilən rəis müavininin məhkəməsi başlayıb

İşgəncə verməkdə təqsirləndirilən rəis müavininin məhkəməsi başlayıb
# 26 fevral 2019 12:00 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində işgəncə etməkdə təqsirləndirilən Qaradağ Rayon Polis İdarəsinin sabiq rəis müavini Əliqulu Ağaliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

ONA-nın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı martın 11-nə təyin edilib.

Qeyd edək ki, Ə.Ağaliyevə Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.

Ə.Ağaliyev barəsində polisin nəzarəti verilmə qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR