ABŞ-da 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb

ABŞ-da 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb
# 01 aprel 2018 09:23 (UTC +04:00)

ABŞ-da sahibinə 521 milyon dollar uduş gətirəcək lotereya bileti satılıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, "Mega Millions" lotereyasının 521 milyon dollar uduş gətirəcək bileti dünən Nyu-Cersi ştatının Morris dairəsində yerləşən "Lukoil" şirkətinin yanacaqdoldurma məntəqəsində satılıb.

Uduşun sahibi hələ ki, elan edilməyib.

"Mega Millions" tarixində ən böyük uduş 2012-ci ildə 656 milyon dollar olub. Həmin vaxt bu uduşun sahibləri İllinoys, Kanzas və Merilend ştatlarının sakinləri olub və uduş 3 nəfər arasında bölünüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR