Xızı və Qubada istirahət mərkəzləri olan şirkətlər qrupu yenidən təşkil olunur

Xızı və Qubada istirahət mərkəzləri olan şirkətlər qrupu yenidən təşkil olunur
# 24 yanvar 2018 06:22 (UTC +04:00)

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən şirkətlər qurupu yenidən təşkil olunur.

"APA-Economics" "Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, "Cənnət bağı" şirkətlər qrupu "DEKA" şirkətinin ona qoşulması nəticəsində yenidən təşkil olunur.

Qeyd edək ki, "Cənnət bağı" şirkətlər qrupu Ədliyyə Nazirliyi tərəfindən 16 avqust 1999-cu il tarixində hüquqi şəxs kimi dövlət qeydiyyatına alınıb. Şirkətlər qrupu geniş çeşidli fəaliyyət növləri ilə məşğul olur. Onun əsas fəaliyyət istiqamətlərindən biri də turizmin təşkili, ölkə daxilində turistlərə və həmçinin sadəcə istirahət etmək istəyən vətəndaşlara sərbəst vaxtlarında bütün növ servis xidmətlərinin göstərilməsi, ekskursiyaların, səyahətlərin təşkili, kütləvi idman, tamaşa, şou, konsert və digər istirahət tədbirlərinin keçirilməsi, uşaqlar üçün əyləncə tədbirləri, eyni zamanda istirahət mərkəzlərində işgüzar görüş və konfrans tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR