Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Avqust

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 13 Avqust
# 13 avqust 2015 17:15 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

İsveçrə hökumətinin İrana tətbiq olunan sanksiyaları ləğv etməsi falşstartdır. ABŞ müvafiq qərar qəbul etmədən hansısa ölkənin bu addımı atacağı gözlənilməz idi. Amma bu gözlənilməzlik gerçəkləşdi və İsveçrənin ardınca daha bir neçə ölkənin İrana sanksiyaları ləğv edəcəyi mümkündür. Vaşinqton bu falşstartı bəyənməsə də, əslində Bernin qərarı Ağ Evin maraqlarına uyğundur. Bununla Obama administrasiyası İranla sazişi ratifikasiya etmək üçün konqresmenləri inandırmağa əlavə arqument tapıb. “Müttəfiqlər sanksiyaları ləğv etdikdən sonra bizim qadağaları saxlamağımızın nə mənası var” tipli bəyanatlarla konqresmenləri yumşaltmağa çalışacaq Ağ Ev bütün ssenarilərə hazır görünür. Obamanın və Kerrinin çağırışlarına rəğmən Dövlət Departamenti sözçüsünün “İrana qarşı sanksiyaların ləğvi gündəmdə deyil” açıqlaması Ağ Evin hələ də ehtiyatlı davrandığını, Konqresin sazişi ratifikasiya edəcəyinə tam inanmadığını göstərir. Saziş ratifikasiya olunarsa, İranın üzünə bağlanan pəncərələr açılacaq. Hələlik isə İsveçrə hökuməti havasızlıqdan boğulan Tehran üçün bir nəfəslik açıb...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR