Ötən ay Azərbaycanda dövlət qurumlarına aid 5 domen qeydiyyatdan keçib

Ötən ay Azərbaycanda dövlət qurumlarına aid 5 domen qeydiyyatdan keçib
# 07 mart 2019 13:42 (UTC +04:00)

2019-cu ilin fevral ayında kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı yanvar ayı ilə müqayisədə 9 faiz azalaraq 317 ədəd təşkil edib.

Bu barədə ONA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Fevral ayı ərzində mərkəzə daxil olan sorğulardan 92,4 faizinə baxılıb və təmin edilib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 33 hesabat təqdim edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin fevral ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 domen və 11 subdomen qeydiyyatdan keçib. Subdomenlər, adətən, müəssisələrin bölmə və xidmətləri üçün unikal sayt adlarının yaradılması məqsədilə istifadə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR