Sabah Azərbaycanda qar yağacaq - VİDEO

Sabah Azərbaycanda qar yağacaq - <span style="color: red;">VİDEO
# 22 noyabr 2014 09:33 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz saatlarında 4-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-7, gündüz 7-10, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR