Müdafiə Nazirliyi: Helikopter vurulan istiqamətdə ərazi Silahlı Qüvvələrimizin nəzarətindədir

Müdafiə Nazirliyi: Helikopter vurulan istiqamətdə ərazi Silahlı Qüvvələrimizin nəzarətindədir
# 23 noyabr 2014 16:12 (UTC +04:00)

Bakı-APA. “Ermənistanın hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”.

Bunu Ermənistanın son günlər apardığı informasiya təxribatı ilə bağlı suala cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər.

Müdafiə Nazirliyi bir daha qeyd edib ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur: “Bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədi güdür. Tam əksinə, düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmayıb. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR