Bakıda ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək

Bakıda ilk dəfə olaraq beynəlxalq müdafiə sənayesi sərgisi keçiriləcək
# 04 avqust 2014 13:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakıda ilk dəfə olaraq 11-13 sentyabr tarixlərində “ADEX 2014” Beynəlxalq Müdafiə Sənayesi sərgisi keçiriləcək. APA-nın məlumatına görə, müasir silah və texnikaların nümayişi Azərbaycanın Müdafiə Sənayesi və Müdafiə nazirliklərinin təşəbbüsü və dəstəyi ilə “Baku Ekspo” Mərkəzində təşkil olunacaq

Sərgidə dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət iştirak edəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri Azərbaycanın milli pavilyonunda öz nailiyyətləri və perspektivləri barədə danışacaqlar.

Sərgi çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” adlı konfrans da keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR