“Total” prezidentinin ölümündə şübhəli bilinən Vladimir Martınenko barəsində həbs-qətimkan tədbiri seçilib

“Total” prezidentinin ölümündə şübhəli bilinən Vladimir Martınenko barəsində həbs-qətimkan tədbiri seçilib
# 23 oktyabr 2014 11:40 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Total” Neft Konserninin prezidenti Kristof de Marjerinin və “Falcon” təyyarəsinin iki ekipaj üzvünün ölümündə şübhəli bilinən Vladimir Martınenko barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Moskva Basman Məhkəməsi qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkonun vəkili tərəfindən qaldırılan 1 milyon rubl girov qarşılığında ev dustaqlığı barədə vəsatəti rədd edib.

Məhkəmə Martınenkonun qəza zamanı içkili vəziyyətdə olmasına dair istintaq qrupu tərəfindən təqdim olunan ekspertiza nəticələrini qəbul edib. Onun azadlıqda olacağı halda qaçacağı və ya cinayətdə iştirakı olan şəxsləri xəbərdar edəcəyi ehtimalı ilə əlaqədar məhkəmə həbs-qətimkan tədbirini zəruri sayıb.

Dünyanın ən iri neft maqnatlarından birinin ölümünə səbəb olmaqda ittiham edilən V. Martınenko məhkəmə-istintaq prosesi bitənə qədər müvəqqəti təcridxanada saxlanılacaq. Vəkil bu qərardan şəhər məhkəməsinə apelyasiya şikayəti verəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR