Muğanlı-İsmayıllı avtomobil yolunun üzərindəki körpü istifadəyə verilib

Muğanlı-İsmayıllı avtomobil yolunun üzərindəki körpü istifadəyə verilib
# 15 sentyabr 2014 07:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün saat 10-20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yerləşən körpü yenidənqurma işləri başa çatdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, mövcud körpünün uzunluğu 6 metr, eni 8,5 metr olan bir aşırımlı körpüdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan tam məhdudiyyət aradan qaldırılıb.

“Azəryolservis” rəsmisinin sözlərinə görə, bundan öncəki körpü 1979-cu ildə inşa olunub. Köhnə körpünün uzunluğu 2,3 metr, eni isə 9 metr idi.

“Bir aşırımlı körpü ağır təbiət hadisələrinin təsirindən, eyni zamanda dayaqlarında yuyulma və dayağın betonunda aşınma-dağılma olduğundan yararsız vəziyyətə düşmüşdü. İyun ayının sonunda körpü yararsız vəziyyətdə olduğundan nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanmışdı və onlara alternativ yol təklif olunmuşdu. Qərar qəbul olundu ki, körpü sökülərək yerində yenisi tikilsin”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR