"Azərbaycan Dəmir Yolları"nın 80 vaqonu Ukraynada təmir etdirilib

"Azərbaycan Dəmir Yolları"nın 80 vaqonu Ukraynada təmir etdirilib
# 12 dekabr 2014 09:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu, Aynur Əliyeva - APA-Economics. Azərbaycanda mövcud dəmir yolu vaqonları parkının yenilənməsi məqsədi ilə istifadədə olan vaqonların təmiri aparılır. “Azərbaycan Dəmir Yolları" QSC Ukraynanın “Dnepropetrovsk vaqon təmiri zavodu”ndan ümumilikdə 80 vaqon təmir edilərək gətirilib.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Ukrayna zavoduna təmir üçün daha 20 vaqon göndəriləcək.

N. Əzməmmədov əlavə edib ki, təmir olunan qatarlar həm yerli, həm də beynəlxalq daşınmalarda istifadə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR