Azərbaycan prezidenti Finlandiyanın Müstəqillik Günü münasibətilə bu ölkənin prezidentini təbrik edib

Azərbaycan prezidenti Finlandiyanın Müstəqillik Günü münasibətilə bu ölkənin prezidentini təbrik edib
# 05 dekabr 2014 16:05 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Finlandiya Respublikasının prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab prezident. Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR