Bu ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 17 nəfər müraciət edib

Bu ay Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə dəm qazından zəhərlənmə ilə bağlı 17 nəfər müraciət edib
# 19 noyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin noyabr ayı ərzində 17 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciət edib. Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 12 nəfərinə müvafiq tibbi yardımlar edilib, 5 nəfər isə müvafiq şöbəyə qəbul olunub. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı azalıb. Belə ki, ötən ilin noyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı təxminən 10-12 müraciət çox qəbul olunub.

A.Maqsudov qeyd edib ki, bu ay 4 nəfər dərmanların əlavə təsiri ilə bağlı şöbəyə müraciət edib və onların hamısı xəstəxabaya yerləşdirilib. Bu ay alkoqollu içkinin təsiri nəticəsində 7 sərxoş xəstəxanaya gətirilib və onların hər birini ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR