Burkina Faso prezidenti hökuməti buraxarıb və fövqəladə vəziyyət elan edib

Burkina Faso prezidenti hökuməti buraxarıb və fövqəladə vəziyyət elan edib
# 30 oktyabr 2014 22:22 (UTC +04:00)

Bakı-APA. Burkina Faso prezidenti Blez Kompaore hökuməti buraxıb və ölkədə fövqəladə vəziyyət elan edib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bundan başqa, Kompaore müxalifətlə danışıqlara başlamaq niyyətindədir.

Qeyd edək ki, 1987-ci ildə hakimiyyətə gəlmiş prezidentin 2015-ci ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürə bilməsi üçün ölkə parlamenti bu gün konstitusiyaya müvafiq dəyişikliklərin edilməsi məsələsinə baxmağı planlaşdırıb. Məhz bu müxalifət tərəfdarlarının kütləvi etirazlarına səbəb olub.

Etirazçılar parlament, meriya və hakim partiyanın mənzil-qərargahını yandırıblar. Paytaxt Uaqaduqu şəhərində müxalifət tərəfdarları və polis qüvvələri arasında baş vermiş toqquşmalar zamanı azı 5 nəfər ölüb, xeyli sayda yaralıların olduğu bildirilir.

Bu hadisələr parlamentdə səsvermənin təxirə salınmasına, hökumətin isə konstitusiyaya dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsini geri çağırmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR