Bakıda minik avtomobili maneəyə çırpılıb

Bakıda minik avtomobili maneəyə çırpılıb
# 17 noyabr 2014 13:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Bakı Dəniz Vağzalının qarşısında qeydə alınıb.

Sürücüsü məlum olmayan 90-NV-734 dövlət nömrə nişanlı, “KİA” markalı avtomobil yol kənarında olan dəmir hasara çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Qəza baş verən ərazidə tıxac yaranıb. Hazırda yol polisi tıxacın aradan qaldırılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR