Tanınmış ədəbiyyatşünas alim Abbas Zamanovun şəxsi kitab kolleksiyası AMEA Mərkəzi Elmi  Kitabxanasına daxil olub

Tanınmış ədəbiyyatşünas alim Abbas Zamanovun şəxsi kitab kolleksiyası AMEA Mərkəzi Elmi  Kitabxanasına daxil olub
# 24 iyul 2014 16:31 (UTC +04:00)

Bakı-APA. Tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, əməkdar elm xadimi Abbas Fəttah oğlu Zamanovun şəxsi kitab kolleksiyası AMEA Mərkəzi Elmi Kitabxanasına daxil olub.

Kitabxanadan APA-ya verilən məlumata görə, kolleksiya kitabxananın elektron kataloquna daxil edildikdən sonra oxucuların istifadəsinə təqdim ediləcək. Eyni zamanda alimin şəxsi kitab kolleksiyasının tədqiqi də aparılacaq və tədqiqatın nəticəsi olaraq çap kataloqunun hazırlanması da nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR