Sumqayıtda 3 nəfəri bıçaqlayan şəxs tutulub

Sumqayıtda 3 nəfəri bıçaqlayan şəxs tutulub
# 09 oktyabr 2014 09:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Sumqayıt şəhərində üç nəfəri bıçaqlayan şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rüstəm Abdullayev saxlanılıb.

Qeyd edək ki, R. Abdullayev sentyabrın 16-da Rəvan Həmidov, Tural Əliyev və onun qardaşı Zaura bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR