Sabah İrakli Alasaniyanın lideri olduğu partiyanın qurultayı keçiriləcək

Sabah İrakli Alasaniyanın lideri olduğu partiyanın qurultayı keçiriləcək
# 07 noyabr 2014 14:58 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Sabah Gürcüstanda sabiq müdafiə naziri İrakli Alasaniyanın lideri olduğu "Azad demokratlar" partiyasının qurultayı keçiriləcək.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, bu barədə Gürcüstan parlamentindəki "Azad demokratlar" fraksiyasının rəhbəri İrakli Çikovani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq deputatlar Gela Samxarauli və Giya Caparidze fraksiyadan çıxmaları haqqında ərizə yazıblar.

Gürcü mətbuatı isə yazır ki, sabah sabiq müdafiə naziri yenidən "Azad demokratlar" partiyasının sədri seçilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR