Donbassda keçirilən antiterror əməliyyatında 568 Ukrayna hərbçisi həlak olub

Donbassda keçirilən antiterror əməliyyatında 568 Ukrayna hərbçisi həlak olub
# 11 avqust 2014 13:01 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkənin şərqində separatçı qruplaşmalara və muzdlulara qarşı aparılan antiterror əməliyyatında həlak olan və yaralanan hərbçilərin sayını açıqlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumat mərkəzinin sözçüsü Andrey Lısenko may ayının əvvəllərindən bu günə qədər döyüşlərdə 568 Ukrayna hərbçisinin həlak olduğunu, 2120 nəfər hərbçinin isə yaralandığını bildirib.

Ötən sutka ərzində 6 hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR