İraqın şimalı “İŞİD”dən təmizlənir

İraqın şimalı “İŞİD”dən təmizlənir
# 02 sentyabr 2014 14:50 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. İraqda 33 yaşayış məntəqəsi “İslam Dövləti” (İŞİD)qruplaşmasından təmizlənib. APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İraq ordusu, kürd peşmərgə dəstələri və şiə könüllüləri birgə əməliyyat keçirərək Süleymanbek yaşayış məntəqəsini azad ediblər. Nəticədə Əmirli-Kərkük yolu təkrar açılıb və üç bölgə üzərində nəzarət bərpa olunub.

Bildirilir ki, “İslam Dövləti” qruplaşmasına qarşı irimiqyaslı əməliyyat hazırlanmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR