Meksikada tələbələrin kütləvi qətlində iştirak edən polislər həbs olunub

Meksikada tələbələrin kütləvi qətlində iştirak edən polislər həbs olunub
# 06 oktyabr 2014 09:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ştatın prokuroru Herero İnyaki Blanko bildirib.

Qeyd edək ki, ötən bazar İqualada polis əməkdaşları silahlı mülki şəxslərin müşayiəti ilə təhsil islahatlarına qarşı etiraz aksiyası keçirən tələbələrə hücum ediblər. Hücum zamanı 6 nəfər öldürülüb, 17 nəfər yaralanıb. 57 nəfər itkin düşsə də, onlardan 14 nəfəri sonradan evə qayıdıb. Prokurorluq və ordunun birgə apardığı istintaq nəticəsində bu hücumda iştirak edən 22 polis əməkdaşı saxlanılıb.

Blanko qeyd edib ki, tələbələrin qətli “Vahid döyüşçülər” adlı cinayət qruplaşması ilə əlaqədardır. Saxlanılan şəxslərin sözlərinə görə, öldürülən tələbələrin cəsədləri İquala yaxınlığında ümumi məzarda basdırılıb. Bundan əvvəl itkin düşən tələbələrin axtarışı zamanı 6 gizli məzardan 28 nəfərin cəsədi aşkarlanıb.

Qətldə iştirakına görə saxlanılan bir polis əməkdaşı və cinayət qruplaşmasının iki üzvü etiraf ediblər ki, hücum əmrini eyni zamanda həm ştat polisindən, həm də qruplaşma rəhbərliyindən alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR