Xətai rayonunun qaz təchizatı məhdudlaşdırılır

Xətai rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 06 sentyabr 2014 09:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11.30-dan işlər başa çatanadək Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR