Azərbaycanda saxlanılan “nurçu”ların məhkəməsi başlayıb - VİDEO

Azərbaycanda saxlanılan “nurçu”ların məhkəməsi başlayıb - <span style="color: red;">VİDEO
# 04 dekabr 2014 12:30 (UTC +04:00)

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Lakin məhkəmədə bəzi vəkillər iştirak etmədiyindən hazırlıq iclası yekunlaşmayıb. Məhkəmə dekabrın 10-da davam etdiriləcək.


Qeyd edək ki, hüquq-mühafizə orqanları bu ilin aprelində paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.


Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Lakin sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirli bilinirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR