Göyçayda 49 yaşlı kişi sirkə turşusu içərək intihar edib

Göyçayda 49 yaşlı kişi sirkə turşusu içərək intihar edib
# 01 dekabr 2014 06:43 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Ulaşlı-Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Natiq Alməmməd oğlu yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Ailə üzvləri hadisədən N. Məmmədov dünyasını dəyişəndən sonra xəbər tutublar.

Üç övlad atası Natiq Alməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR