Ukrayna oktyabrın sonunadək Rusiyanın “Qazprom” şirkətinə 2 mlrd. dollar ödəyəcək

Ukrayna oktyabrın sonunadək Rusiyanın “Qazprom” şirkətinə 2 mlrd. dollar ödəyəcək
# 26 sentyabr 2014 16:52 (UTC +04:00)

Bakı – APA. Ukrayna yaxın vaxtlarda Rusiyanın “Qazprom” şirkətinə 2 mlrd. dollar ödəməlidir.

APA – nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Berlində Rusiya-Ukrayna-Avropa İttifaqı danışıqlarının yekunlarına həsr olunmuş brifinqdə Avropa Komissiyası sədrinin müavini Günter Ettinger deyib.

Onun sözlərinə görə, danışıqlarda Ukrayna tərəfi Rusiyaya olan borcun 2 mlrd. dollarlıq hissəsinin oktyabrın sonunadək ödəniləcəyi ilə bağlı üzərinə öhdəlik götürüb. G. Ettinger bildirib ki, müvafiq qərar Rusiya və Ukrayna hökumətləri, habelə Avropa Komissiyası tərəfindən razılaşdırılmalıdır.

Bundan əlavə ilin sonunadək Ukrayna “Qazprom”a daha 1,1 mlrd. dollar ödəməlidir. Borc ödənildikdən sonra isə Rusiya şirkəti öncədən ödəniş şərti ilə Ukraynaya qazın min kubmetrini 385 dollara satacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR