Zakir Həsənov Polşada “MSPO - 2017” sərgisində iştirak edir

Zakir Həsənov Polşada “MSPO - 2017” sərgisində iştirak edir
# 06 sentyabr 2017 10:12 (UTC +04:00)

Polşada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

MN-dən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR