Bank Of Baku

Fatma Varank: COP31-də dünyada iqlim maarifləndirilməsinin genişləndirilməsi hədəflənir

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank

© APA | Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank

# 08 sentyabr 2026 15:12 (UTC +04:00)

COP31 gənclərin COP-u olacaq.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “Gənclərin Liderliyində İqlim Forumu: Dəyirmi Masa I — Öhdəliklərdən Tətbiqə: COP31-ə Gedən Yolda” adlı dəyirmi masada Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Fatma Varank deyib.

O bildirib ki, COP31-in əsas gündəm məsələlərindən biri 2035-ci ilə qədər bütün dünyada iqlim təhsilinin və iqlim dəyişikliyi ilə bağlı maarifləndirmənin genişləndirilməsi olacaq.

Nazir müavini gənc qadınların iqlim məsələlərində fəal iştirakını xüsusi qeyd edib və onların gələcək nəsillərin iqlim şüurunun formalaşmasında mühüm rol oynayacağını bildirib.

Türkiyə rəsmisi gəncləri COP31-də iştirak etmək üçün Antalyaya dəvət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR