Paşha Bank
Bank Of Baku

Pərviz Şahbazov: Azərbaycan yaşıl enerji dəhlizlərinin genişləndirilməsini təklif edir

Pərviz Şahbazov: Azərbaycan yaşıl enerji dəhlizlərinin genişləndirilməsini təklif edir
# 10 noyabr 2026 12:45 (UTC +04:00)

Azərbaycan Mərkəzi Asiya, Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən yaşıl enerji dəhlizi təşəbbüslərini inkişaf etdirir.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP31 çərçivəsində keçirilən IEA Türkiyə Energetika Nazirləri Dialoqunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu təşəbbüslər daha geniş coğrafiyada elektrik enerjisinin etibarlı və əlçatan olmasına töhfə verə bilər.

O vurğulayıb ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı, elektrik şəbəkələrinin modernləşdirilməsinə və enerji saxlanc sistemlərinin qurulmasına da diqqət yetirir.

Nazirin sözlərinə görə, COP31-in elektrikləşmə gündəliyi müvafiq infrastruktur, əlçatan maliyyə imkanları və beynəlxalq əməkdaşlıqla dəstəklənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR