Ermənistan silahlı bölmələri atəşkəsi 12 dəfə pozub

Ermənistan silahlı bölmələri atəşkəsi 12 dəfə pozub
# 02 oktyabr 2016 08:03 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu Qaymaqlı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Füzuli rayonunun Qorqan kəndi yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR