Frants Bekkenbauer rüşvət qalmaqalında şübhəlilər siyahısına düşüb

Frants Bekkenbauer rüşvət qalmaqalında şübhəlilər siyahısına düşüb
# 21 oktyabr 2015 18:19 (UTC +04:00)

Bakı-APA. İspaniya Futbol Federasiyasının prezidenti və UEFA-nın birinci vitse-prezidenti Anxel Mariya Vilyar və tanınmış alman futbol adamı, məşqçi Frants Bekkenbauerin adı FİFA-nın məlum rüşvət qalmaqalında şübhəlilər siyahısındadı.

Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, artıq bu iki futbol adamının adı araşdırılma aparılması üçün qurumun etika komitəsinə təqdim olunub.

Qeyd edək ki, Vilyar 2018-ci ildə baş tutacaq Dünya Çempionatının Təşkilat Komitəsinin sədridir. Bekkenbauer isə 2006-cı ildəki mundialın əsas “təşkilatçısı” idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR