Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 22 dekabr 2015 08:29 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan gömrükçüləri İrandan ölkəmizə narkotik vasitənin keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvandan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR