BMT: Donbasda ölənlərin sayı 6 108 nəfərə çatıb

BMT: Donbasda ölənlərin sayı 6 108 nəfərə çatıb
# 13 aprel 2015 23:08 (UTC +04:00)

Bakı-APA. Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 6 108 nəfərə çatıb.

APA-nın məlumatına görə, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.

“2014-cü il aprelin ortalarından 2015-cu il aprelin 9-dək Ukraynanın şərqində azı 6 108 nəfər həlak olub, 15450 nəfər yaralanıb”, hesabatda deyilir.

Əvvəlki hesabatda 6 090 nəfərin öldüyü, 15429 nəfərin isə yaralandığı bildirilirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR