Ötən ay 3 minə yaxın şəxs yaşayış yeri haqqında arayışı elektron formada əldə edib

Ötən ay 3 minə yaxın şəxs yaşayış yeri haqqında arayışı elektron formada əldə edib
# 02 sentyabr 2015 13:28 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Elektron Hökumət” portalı yaşayış yeri haqqında arayışı əldə etməyin qaydalarını açıqlayıb.

APA-Economics” portala istinadən xəbər verir ki, istifadəçilər “Elektron hökumət” portalı (https://www.e-gov.az/) tərəfindən təqdim olunan “Yaşayış yeri haqqında arayış” xidmətindən istifadə etməklə heç bir yerə müraciət etmədən, növbə gözləmədən və vaxt itkisinə yol vermədən internet üzərindən arayışınızı formalaşdıra bilər.

“Bunun üçün portalda autenfikasiyadan keçmək və "Elektron arayış"lar bölməsindən müvafiq elektron xidməti seçmək kifayətdir. Elektron arayışları internet üzərindən istənilən təşkilata göndərmək və ya çap edərək aidiyyatı quruma təqdim etmək mümkündür”, - deyə məlumatda vurğulanıb.

Bu zaman e-arayışların həqiqiliyi QR-kod və ştrix-kod ilə təsdiq edilir, eyni zamanda e-arayışın mövcudluğu portal vasitəsilə yoxlanıla da bilər.

Qeyd edək ki, “Yaşayış yeri haqqında arayış” xidməti vətəndaşlar tərəfindən kifayət qədər çox istifadə edilən xidmətdir və avqust ayı ərzində bu xidmətdən 2 830 dəfə istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR