Şimali Koreya hökumətinin azad etdiyi amerikalı tələbə komadadır

Şimali Koreya hökumətinin azad etdiyi amerikalı tələbə komadadır
# 14 iyun 2017 02:40 (UTC +04:00)

Şimali Koreyada azad olunmuş 22 yaşlı amerikalı tələbə Otto Frederik Vombiyer koma vəziyyətindədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ KİV-lərinə tələbənin valideynləri bildirib.

Məlumata görə, Otto Frederik Vombiyerin ABŞ-ın Yaponiyadakı hərbi bazasından doğma Ohayo ştatına tibbi təyyarə ilə təxliyə olunacağı gözlənilir.

Onun bir ildən çox komada olduğu bildirir.

Qeyd edək ki, Otto Vombiyer 2016-cı ildə KXDR Ali məhkəməsi tərəfindən “Koreya xalqının birliyini pozmaqda” ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib. O, 2016-cı il yanvarın 1-ə keçən gecə xarici turistlər üçün nəzərdə tutulan oteldə siyasi şüarın əks olunduğu plakatı divardan qopararaq cırdığını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR