Kanadada yük qatarı relsdən çıxıb

Kanadada yük qatarı relsdən çıxıb
# 23 iyul 2016 03:39 (UTC +04:00)

Bakı-APA. Kanadanın Ontario əyalətində yük qatarı relsdən çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Smit-Folls şəhəri yaxınlığında qeydə alınıb.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Hazırda bölgənin paytaxt Ottava ilə dəmir yol əlaqəsi kəsilib. Qatarların hərəkətinin bərpası üçün müvafiq tədbirlər görülür.

İnsidentin başvermə səbəbləri və təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Qeyd edək ki, Smit-Fols şəhəri Ottavadan 75 km cənub-qərbdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR