Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib

Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib
# 20 noyabr 2015 13:56 (UTC +04:00)

Bakı-APA. Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət əsasında nazirlikdə lomissiya yaradılaraq Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində araşdırma aparılıb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib.

Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Oğuz MMBM-in direktoru Vüqar Mehdiyev işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanuna müvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülüb. Tədbir görülməsi üçün araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR