Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
# 17 mart 2016 08:45 (UTC +04:00)

Bakı - APA. Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə deputatlar Xanlar Fətiyev, Adil Əliyev və Nizami Cəfərov daxildir.

V. Ələsgərov və X. Fətiyev MDB Parlamentlərarası Assambleyasının, A. Əliyev MDB İcraiyyə Komitəsinin, N. Cəfərov isə Türkdilli Ölkələrin Parlamentlərarası Assambleyasının xətti ilə müşahidəçilər missiyasına qatılacaqlar.

Səfər zamanı deputatlarımız seçki məntəqələrində olacaqlar, seçicilərin fəallığını müşahidə edəcəklər, habelə prosesin gedişi ilə bağlı fikirlərini açıqlayacaqlar.

Səfər martın 21-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR